5 dekabr 2025. Cümə

Marko Yankoviç: Bu bizə problem yaratmayacaq

"Qarşıdakı oyuna tam hazırıq. Bilirik ki, bizi vacib görüş gözləyir”.


  • Avroliqa
  • 14:30 13.12.2023
  • Oxunma sayı: 523
Marko Yankoviç: Bu bizə problem yaratmayacaq

"Qarşıdakı oyuna tam hazırıq. Bilirik ki, bizi vacib görüş gözləyir”.

90deqiqe.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç Bakıda İsveçin "Hakken" klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

Monteneqrolu futbolçu sabahkı qarşılaşmada qələbəni hədəflədiklərini bildirib: “Bunun üçün əlimizdən gələni edəcəyik. Hava şəraiti bizə problem yaratmayacaq. Əlimizdəki imkandan yararlanmaq və bacarığımızı ortaya qoymaq istəyirik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq.







Avroliqa