22 oktyabr 2024. Çərşənbə axşamı

Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi

"Sabahkı oyuna motivasiya ilə çıxacağıq”.


  • Avroliqa
  • 20:22 13.12.2023
  • Oxunma sayı: 107
Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi

"Sabahkı oyuna motivasiya ilə çıxacağıq”.

90deqiqe.az xəbər verir ki, bunu "Hakken”in baş məşqçisi Per-Matias Hoqmo Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib: "Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq. Ağdam klubu çox yaxşı oyunçulara sahibdir. Evdəki qarşılaşmada yaxşı performans sərgiləsək də, nəticə qazana bilmədik. Sabahkı oyuna motivasiya ilə çıxacağıq. Hər şey yaxşıdır”.

Çalışdırıcı hava şəraitinə də toxunub: "Əsl İsveç havasıdır. Buna öyrəşmişik. Bakıya üçüncü səfərimdir. Hər dəfə Azərbaycan futbolunun klub və milli səviyyəsində inkişaf etdiyini görürük".

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. "Qarabağ" hazırda 7 xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

 







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi