22 oktyabr 2024. Çərşənbə axşamı

"Qarabağ"ın heyətində yaxşı futbolçular var

“Əhval-ruhiyyəmiz yüksək səviyyədədir”.


  • Avroliqa
  • 20:29 13.12.2023
  • Oxunma sayı: 116
"Qarabağ"ın heyətində yaxşı futbolçular var

“Əhval-ruhiyyəmiz yüksək səviyyədədir”.

90deqiqe.az xəbər verir ki, bu sözləri "Hakken"in futbolçusu Samuel Qustafson Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

O, meydana qələbə üçün çıxacaqlarını bildirib: "Meydana qələbə əzmi ilə çıxacağıq. Baş məşqçi daim bizə motivasiya verir. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir. "Qarabağ"ın heyətində yaxşı futbolçular var. Nümunə kimi Marko Yankoviçin adını çəkə bilərəm. Onunla oynamışıq. Təcrübəli və perspektivlidir. Sağ cinahlarında yer alan futbolçu da yaxşıdır. Adını indi xatırlamıram".

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi