22 oktyabr 2024. Çərşənbə axşamı

“Qarabağ”ın Avropa Liqasının pley-offundakı potensial rəqibləri - SİYAHI

“Qarabağ”ın Avropa Liqasının (AL) pley-off mərhələsindəki potensial rəqibləri bilinib.


  • Avroliqa
  • 09:38 14.12.2023
  • Oxunma sayı: 156
“Qarabağ”ın Avropa Liqasının pley-offundakı potensial rəqibləri - SİYAHI

“Qarabağ”ın Avropa Liqasının (AL) pley-off mərhələsindəki potensial rəqibləri bilinib. 90deqiqe.az xəbər verir ki, Azərbaycan çempionu qrupu ikinci pillədə başa vursa, Çempionlar Liqasının (ÇL) qruplarında 3-cü yeri tutacaq komandalardan biri ilə qarşılaşacaq.

Bunun üçün komandamız bu gün qrup mərhələsinin son oyununda İsveç təmsilçisi “Hekken”i məğlub etməlidi. Qurban Qurbanovun kollektivi qrupu ikinci pillədə tamamlasa, pley-offda ÇL-dən gələn 8 klubdan biri ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 18-də keçiriləcək. Bu raundun matçları isə gələn il fevralın 15-də və 22-də olacaq.

“Qarabağ”ın mümkün rəqibləri:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Milan” (İtaliya)

“Yanq Boyz” (İsveçrə)

“Şaxtyor” (Donetsk, Ukrayna)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq. Azərbaycan çempionu hazırda 7 xalla ikinci pillədə qərarlaşır.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi