22 oktyabr 2024. Çərşənbə axşamı

“Qarabağ” daha bir tarix yazdı

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” tarixi uğura imza atıb.


  • Avroliqa
  • 23:42 14.12.2023
  • Oxunma sayı: 132
“Qarabağ” daha bir tarix yazdı

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” tarixi uğura imza atıb. 90deqiqe.az saytı xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasında qrup səddini aşan ilk Azərbaycan klubu ünvanına yiyələnib.

Azərbaycan çempionu buna qrupun son turunda Tofiq Bəhramov adına Respublika stadionunda İsveç “Hekken”ini 2:1 hesabı ilə məğlub edərək nail olub. Bununla yer aldığı H qrupunda 10 xalla ikinci yeri tutan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda turnirdə mübarizəni davam etdirəcək.

“Qarabağ” 2024-cü ildə pley-off mərhələsində mübarizəyə qoşulacaq. Rəqib isə Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan komandalardan biri olacaq. Bu raundun püşkü dekabrın 18-də atılacaq. Oyunlar isə fevralın 15-də və 22-də keçiriləcək.

Qrupun digər qarşılaşmasında “Bayer”doğma meydanda “Molde” üzərində 5:1 hesablı qələbə qazanıb. Beləliklə, 18 xalla birinci olan “Bayer” 1/8 finala, “Qarabağ” pley-offa yüksəlib, “Molde” 7 xalla Konfrans Liqasının pley-offuna yollanıb. Aktivinə sıfır xalı olan “Hekken” isə avrokuboklarla vidalaşıb.

 

Avropa Liqası

VI tur

14 dekabr

21:45. “Qarabağ” – “Hekken” (İsveç) 2:1

Qollar:  Leandro Andrade, 1; Yassin Benzya, 45+4 - Bədavi Hüseynov, 90+4 (avtoqol)

Qırmızı vərəqə: Marko Veşoviç, 56

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi