- Avroliqa
- 01:59 28.11.2025
Azərbaycan UEFA reytinqində irəliləyib. 90deqiqe.az xəbər verir ki, buna “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin VI turunda “Hekken” üzərində (2:1) qələbə qazanması səbəb olub.
Qələbə və pley-offa yüksəlmək Azərbaycana 1 əmsal qazandırıb. Nəticədə ölkəmiz 19.125 əmsalla 28-ci pilləyə yüksəlib. Azərbaycan Ağdam klubunun sayəsində Rusiyanı geridə qoyub. Cari mövsümdəki əmsal isə 4,875-ə çatıb.
Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.