- Avroliqa
- 01:55 07.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Klubların yeni UEFA reytinqi açıqlanıb. 90deqiqe.az xəbər verir ki, son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” irəliləyib.
Avropa Liqasının qrup mərhələsində “Hekken”i 2:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi reytinqdə 59-cu pilləyə yüksəlib. Azərbaycan çempionu “Fiorentina” ilə birlikdə bu mövqeni bölüşdürür.
“Qarabağ”ın aktivində 31.000 xal var ki, bunun 9.000-nı cari mövsüm qazanılıb.
Qeyd edək ki, UEFA reytinqinə “Mançester Siti” (141.000) başçılıq edir. “Bavariya” 136.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (123.000) qapayıb.