- Avroliqa
- 01:55 07.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Hekken”lə Bakıdakı oyununu izləyənlər arasında “Liverpul”un nümayəndəsi də olub. 90deqiqe.az xəbər verir ki, Mersisayd təmsilçisinin skautu Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı canlı izləyib.
Məqsəd “Hekken”in vingeri Mamadu Sonkonun çıxışını yerində görmək olub. Buna səbəb “qırmızılar”ın 18 yaşlı oyunçunun transferində maraqlı olmasıdı. Sonko “Barselona” və “Leypsiq”in də transfer siyahısındadı. İsveç klubu gənc oyunçusunun transferindən minimum 9 milyon avro gəlir götürməyi planlaşdırır.
Qeyd edək ki, “Hakken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib.