- Avroliqa
- 01:55 07.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki ilk oyununu harada keçirəcəyi bəlli olub. 90deqiqe.az xəbər verir ki, Azərbaycan çempionu rəqibin kimliyindən asılı olmayaraq, ilk görüşünü səfərdə keçirəcək.
“Qarabağ”la yanaşı, qitənin ikinci dərəcəli turnirində qrup ikincilərinin hər biri fevralın 15-dəki ilk duelinə səfərdə çıxacaq. Ağdam təmsilçisi və bu turnirdən yoluna davam edən digər 7 komanda fevralın 22-də rəqibini evdə qəbul edəcək.
Pley-off mərhələsinin püşkü isə dekabrın 18-də İsveçrənin Nyon şəhərində atılacaq. “Qarabağ”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Yanq Boyz” (İsveçrə), “Milan” (İtaliya) və “Şaxtyor”du (Ukrayna).