- Avroliqa
- 01:59 29.11.2024
Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunu ərəfəsində Amsterdamda baş verən davada “Ayaks” və AEK-in 140-dan çox azarkeşi həbs edilib.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, iki klubun azarkeşləri arasında qarşıdurma metroda – fanatlar stadiona gedərkən baş verib. Bundan başqa, şəhərin mərkəzində azarkeşlər polislə toqquşub.
Hadisələrdən sonra AEK azarkeşlərini daşıyan qatarların təhlükəsiz keçməsini təmin etmək üçün metro stansiyası boşaldılıb.
Amsterdamın meri Femke Halsema açıqlamasında deyib: "Hadisələr "Ayaks" azarkeşlərinin böyük həzz aldığı həyəcanlı bir futbol axşamının ləkəsidir"
Xatırladaq ki, “Ayaks” AEK-i 3:1 hesabı ilə məğlub edərək, 5 xal toplayıb və yazda Konfrans Liqasında oynamaq hüququ verən qrupda 3-cü yeri tutub.