- Avroliqa
- 01:59 29.11.2024
Almaniyanın “Bayer Leverkuzen” klubunun futbolçusu Viktor Bonifeysin “Qarabağ”a vurduğu qol UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşısı adına namizəddir.
90deqiqe.Az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçunun evdə 5:1 hesabı ilə qalib gəldikləri görüşdə cərimə meydançası kənarından vurduğu qol fərqləndirilib.
Ən yaxşı adına digər namizədlər “Vest Hem”dən (İngiltərə) Lukas Paketa, “Marsel”dən (Fransa) Pyer-Emerik Obameyanq, “Molde”dən (Norveç) Maqnus Volf Eykrem, “Tuluza”dan (Fransa) Tanjis Dallinqa, “Vilyarreal”dan (İspaniya) Santi Komesana, AEK-dən (Yunanıstan) Cibril Sidibe, “Renn”dən (Fransa) Lorenz Assinyon və Ludovik Blasdır.
Paketanın iki qolu ən yaxşı olmağa iddiaçıdır.
Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.