22 noyabr 2024. Cümə

Trabzonspor yenidən Avropa liqasında


  • Avroliqa
  • 12:27 06.07.2019
  • Oxunma sayı: 480
Trabzonspor yenidən Avropa liqasında

Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası “Trabzonspor”la bağlı qərarını verib.

Corner.az qurumun saytına istinadən xəbər verir ki, qərara əsasən,  Trabzon təmsilçisi  2019/2020 mövsümündə avrokuboklarda iştirak edəcək.

Ancaq klubun  20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyi  üçün 2020/2021 və 2021/2022 mövsümlərində avrokuboklardan kənarlaşdırıla biləcəyi vurğulanıb. "Trabzonspor"un bu cəzaya məruz qalmamaq üçün 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaların tətbiqini həyata keçirməli, maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirməli olduğu qeyd edilib.

UEFA bundan başqa, "Trabzonspor"un 2019/2020  mövsümündə avrokuboklardan qazanacağı gəlirin 50 faizindən məhrum ediləcəyini açıqlayıb.







Avroliqa