27 iyul 2024. Şənbə

"Qarabağ"ın rəqibi derbidə xal itirdi

"Braqa" son saniyə qolu ilə üç xaldan oldu


  • Avroliqa
  • 02:19 07.01.2024
  • Oxunma sayı: 243
"Qarabağ"ın rəqibi derbidə xal itirdi

"Braqa" "Vitoriya" ilə görüşdə xal itirdi

90deqiqe.az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi "Braqa" Portuqaliya liqasının 16-cı turunda əzəli rəqibi "Vitoriya"ilə qarşılaşıb.

"Minho derbisi" adlanan qarşıdurmada hesabı 53-cü dəqiqədə meydan sahibləri açıblar. "Braqa"nın 26 yaşlı yarımmüdafiəçisi Vitor Karvalyo fərqlənib. Lakin oyunun əsas vaxtına əlavə edilən 8-ci dəqiqədə qonaqlardan Joao Mendeş tarazlığı bərpa edib. Bununla da "Braqa" "Vitoriya" görüşü 1-1 hesabı ilə başa çatıb. 33 xalı olan "Braqa" Portuqaliya çempionatında 4-cüdür. "Vitoriya"isə ondan 3 xal geri qalır.

Qeyd edək ki, "Minho derbisi" tarixən Braqa və Gimaraynş şəhərləri arasında olan qraflıq hakimiyyəti və ziddiyyətdən yaranıb. İki şəhər arasında dəmiryol yol xəttinin olmaması və bölgənin tam mərkəzində olan Minho Universitetinin sahibliyi haqda mübahisələr də bu qarşıdurmanı səciyələndirən xüsusiyyətlərdindir.







Avroliqa

"Zirə"nin rəqibi bəlli oldu
  • Avroliqa
  • 17:19 18.06.2024
"Zirə"nin rəqibi bəlli oldu