- Avroliqa
- 01:59 29.11.2024
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Fransisko Çissumba ilə müqavilənin müddətini uzadıb.
Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən, 18 yaşlı sol cinah müdafiəçisinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Çissumba Portuqaliyanın U-19 millisinin də formasını geyinir.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.