27 iyul 2024. Şənbə

UEFA “Qarabağ”a 1,5 milyon avro ödəyib


  • Avroliqa
  • 17:13 23.01.2024
  • Oxunma sayı: 186
UEFA “Qarabağ”a 1,5 milyon avro ödəyib

UEFA Avropa Liqasında uğurla çıxış edən “Qarabağ”a növbəti ödənişi edib.

90deqiqe.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Bu ödəniş 2023/24-cü illər mövsümünün qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar gerçəkləşib. Avropa Liqasının son iki turda əldə olunan qələbə (630 min) və heç-heçəyə (210 min) görə ümumilikdə 840 min avro ödənilib.

Turnirin pley-off mərhələsinə vəsiqə qazandığı üçün 550 min alan “Qarabağ”a performans bonusuna görə 126 min verilib. UEFA tərəfindən ayrılmış ümumilikdə 1 milyon 516 min avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, qrup mərhələsinin son iki turunda “Molde” (2:2) və “Hakken”lə (2:1) qarşılaşan “Qarabağ” pley-offda “Braqa” ilə üz-üzə gələcək.







Avroliqa

"Zirə"nin rəqibi bəlli oldu
  • Avroliqa
  • 17:19 18.06.2024
"Zirə"nin rəqibi bəlli oldu