22 oktyabr 2024. Çərşənbə axşamı

"Evdə üç top buraxmaq bizi məyus edir" - Ağabala Ramazanov


  • Avroliqa
  • 00:19 12.07.2019
  • Oxunma sayı: 489
"Evdə üç top buraxmaq bizi məyus edir" - Ağabala Ramazanov

"Səbail"in futbolçusu Ağabala Ramazanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində evdə "Universitetya Karayova"ya 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavanlandırıb. Corner.az-ın məlumatına görə, komandasının hər iki qolunun müəllifi olan 26 yaşlı hücumçu əvvəlcə oyun haqda danışıb.

- Vurduğum qollara görə sevinirəm. Hesaba gəldikdə isə sizin kimi mən də üzülürəm. Çünki evdə 3 top buraxmaq bizi məyus edir. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq.

- Fikirləşmirsən ki, hamı sənin kimi mübarizə aparsaydı, hesab başqa cür olardı?  Bu görüşdə mübarizə aparmayan oyunçular var idi. Qorxudan idi, istəksizlikdən, ya rəqibdən idi?

- Bu, məşqçiyə aiddir. Mənim xarakterimi bilirsiniz. Çalışıram ki,  hər qarşılaşmada mübarizə aparım.

- Bu məğlubiyyətdən sonra şanslar hansı səviyyədədir? Mərhələni keçmək real görünürmü?

- Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdür. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündürlər. Çalışacağıq ki, ən azından yaxşı mübarizə aparaq, nəticə qazanaq.(qol)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi