22 oktyabr 2024. Çərşənbə axşamı

"Sperantsa"nın baş məşqçisi: "Bordin bizdən revanş aldı"


  • Avroliqa
  • 01:31 12.07.2019
  • Oxunma sayı: 484
"Sperantsa"nın baş məşqçisi: "Bordin bizdən revanş aldı"

Moldovanın "Sperantsa" klubunun baş məşqçisi Kristian Efros Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə evdə 0:3 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, gənc mütəxəssis əvvəlcə darmadağını şərh edib.

"Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi".

Corner.az-ın məlumatına görə, bunu Moldova "Sperantsa"sının baş məşqçisi Kristian Yefros Kişinyovda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 27 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- 3-cü şəxslər deyəndə, kimləri nəzərdə tutursunuz: Hakimləri? - Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.

- "Neftçi"nin hansı zəif tərəflərini nəzərdə tutmuşdunuz ki, bundan istifadə etməli idiniz? - Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular.

- Belə çıxır ki, cavab matçı formal olacaq? - Hələ bir həftə hazırlaşmağa vaxtımız var. İlk oyunu təhlil edəcəyik.

- Niyə ikinci hissə başlayandan sonra meydana daxil oldunuz? - Həmişə belə edirəm, komanda çıxır, sonra mən.

- Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi "texniki zona"da olmursunuz? - Fikir verdinizsə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.

- Niyə aqressivsiniz? - Konkret nəyi nəzərdə tutursunu?

- Suallarımıza aqressiv cavab verirsiniz. Niyə "Neftçi"nin qələbəsinə kölgə salırsınız? - Niyə sevinəsən belə qələbəyə ki?! Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.

- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdınız. Belə çlxlr ki, sizdən revanş aldı? - Belə demək də olar.(Report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi