22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycanın aktivinə ən çox xalı "Neftçi" yazdırdı - UEFA açıqladı


  • Avroliqa
  • 10:56 12.07.2019
  • Oxunma sayı: 548
Azərbaycanın aktivinə ən çox xalı "Neftçi" yazdırdı - UEFA açıqladı

Avrokuboklarda 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
 
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avroliqanın birinci mərhələsində ötən gün səfərdə Moldova "Sperantsa"sını məğlub edən  (3:0) "Neftçi" ölkəmizə 0.250 xal qazandırıb.


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Partizani" (Albaniya) ilə qolsuz heç-heçə edən "Qarabağ" aktivimizə 0.125 xal əlavə edib.

Avroliqanın 1-ci təsnifat mərhələsində ötən gün Bakıda "Universitatya"ya (Rumıniya) uduzan (2:3) "Səbail" isə xal qazana bilməyib.

Bu nəticələrdən sonra Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırıb. Buna baxmayaraq ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb. 







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi