2 mart 2024. Şənbə

"Qarabağ" - "Braqa" oyunu üçün satılan biletlərin sayı açıqlanıb


  • Avroliqa
  • 18:07 12.02.2024
  • Oxunma sayı: 158
"Qarabağ" - "Braqa" oyunu üçün satılan biletlərin sayı açıqlanıb

Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

90deqiqe.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya indiyədək 15 min bilet satılıb.

Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.




Avroliqa