27 iyul 2024. Şənbə

"Güclü tərəfimiz əks-hücumdur"


  • Avroliqa
  • 23:27 14.02.2024
  • Oxunma sayı: 86
"Güclü tərəfimiz əks-hücumdur"

"Güclü tərəfimiz əks-hücumdur."

90deqiqe.Az xəbər verir ki,, bunu “Qarabağ”ın futbolçusu Julio Romao Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi əks-hücumlara çox oynamalarından danışıb: “Əks-hücumlarda çox oynayırıq, topa sahib olmağı da sevirik. Son vaxtlar Avropa Liqasında topa daha çox sahib olmağa və rəqibə təzyiq etməyə çalışırıq. Çünki topa sahibliyi çox tez bərpa etməyə çalışırıq və onu ələ keçirərkən tez hücuma keçirik”.

25 yaşlı oyunçu hədəflərinin Bakıya sərfəli nəticə ilə qayıtmaq olduğunu söyləyib: “Bu, təkcə mənim üçün deyil, Portuqaliyada vaxt keçirmiş digər oyunçular üçün əla gün olacaq. “Braqa”nın güclü olduğunu bilirik. Son məğlubiyyətə baxmayaraq, onlar çox yaxşı komandadırlar, güclü heyəyə malikdirlər Amma biz də uzun illər Avropa Liqasında oynamışıq və təcrübəmiz var. Hər iki komanda qələbə qazana bilər.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Avroliqa

"Zirə"nin rəqibi bəlli oldu
  • Avroliqa
  • 17:19 18.06.2024
"Zirə"nin rəqibi bəlli oldu