22 oktyabr 2024. Çərşənbə axşamı

"Qalatasaray" və "Milan" evdə "Roma" və "Sportinq" səfərdə


  • Avroliqa
  • 09:56 15.02.2024
  • Oxunma sayı: 113
"Qalatasaray" və "Milan" evdə "Roma" və "Sportinq" səfərdə

Ölkəmizdə böyük azarkeş kütləsinə malik olan “Qalatasaray” “RAMS Park”da “Sparta Praqa”nı qəbul edəcək. Tərəflər indiyə qədər 4 dəfə üz-üzə gəlib ki, bunlardan ikisində Çexiya təmsilçisi, birində “aslanlar” üstün olub. Bir görüşdə isə qalib müəyyənləşməyib. Maraqlıdır ki, iki kollektiv arasındakı duellərdə səfər qələbəsi qeydə alınmayıb. İstanbul klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində 5 xal toplayaraq 3-cü pilləni tutub və mübarizəni Avropa Liqasında davam etdirmək şansı qazanıb. Praqalılar isə bu hüquqa ikinci dərəcəli qitə turnirdə qrup ikincisi olmaqla yiyələnib. “Aslanlar” “Sparta” ilə ilk görüşdə Hakim Ziyeşin xidmətindən istifadə edə bilməyəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Alexandro Xose Ernandesdir.

Turnirin son finalçısı “Roma “Feyenoord” səfərinə yollancaq. Bir-birinə yaxşı tanış olan tərəflər son iki avrokubok mövsümündə üz- üzə gəliblər. UEFA Avropa Konfrans Liqasının ilk finalında qarşılaşan komandaların mübarizəsindən italyanlar qalib ayrılıb - 1:0. Ötən mövsümə təsadüf edən Avropa Liqasının 1/4 finalındakı duellərə gəlincə, ilk görüşdə Niderlandlılar minimal hesabla üstün olsalar da, cavab görüşündə “canavarlar” əlavə vaxtda 4:1 qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Oyun ərəfəsində “Roma”da heyətlə bağlı problem yoxdur. Ancaq “Feyenord”da zədəlilərin  çoxluğu baş məşqçi Arne Slotu narahat edir.  Qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək. “De Kuip” stadionunda keçiriləcək oyunda ədaləti Rumıniyalı referi Radu Petresku qoruyacaq.

 

“San-Siro”da “Milan” “Renn”i sınağa çəkəcək. Bu, komandaların ilk dueli olacaq. “Rossoneri”  Fransa klubları ilə 31 dəfə qarşılaşıb və 14 oyunda qələbə qazanıb. Bretan təmsilçisi isə heç vaxt İtaliyada qalib gələ bilməyib. Ümumilikdə komandaların heyətinə ciddi itki yoxdur. Gecəyarısı başlanacaq qarşılaşmanın start fitini Monteneqrolu ədalət təmsilçisi Nikolya Dabanoviç səsləndirəcək.

 

Digər oyunlara gəlincə, 21:45-də başlanacaq “Yanq Boyz” - “Sportinq” matçının baş hakimi fransalı Benua Bastiye olacaq. Fransanın digər təmsilçisi “Tuluza” “Benfika” səfərinə yollanacaq. “Eştadio da Luş”dakı qarşılaşma gecə saat 12-də start götürəcək. Qarşılaşmanı litvalı referi Donatas Rumjas idarə ediləcək. Başqa bir Fransa klubu “Lans” isə doğma meydanda “Frayburq”u qəbul edəcək. Polşalı Bartoş Frankovskinin ədaləti qoruyacağı oyun da gecəyarısı start götürəcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi