22 oktyabr 2024. Çərşənbə axşamı

Mövsümü xilas etmək istəyən "BRAQA" ! - ARAŞDIRMA


  • Avroliqa
  • 14:20 15.02.2024
  • Oxunma sayı: 133
Mövsümü xilas etmək istəyən "BRAQA" ! - ARAŞDIRMA

2022/23 mövsümünü 3-cü sırada başa vuran “Braqa” yeni mövsümə “Famalikan”a minimal hesablı məğlubiyyətlə başlayıb. İlk 5 turda 2 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalan Artur Jorjenin kollektivi qeyri-sabit nəticələrlə diqqət çəkir. Təsadüfi deyil ki, onlar ölkə çempionatının ilk 10 matçının hər birində qol buraxdılar. Maraqlıdır ki, 22 görüşün yalnız 3-də

“Braqa” qapısını toxunulmaz saxlaya bilib. Onlar “Sportinq”, “Benfika” və “Portu” ilə keçirdiyi 4 oyunda yalnız 1 xal qazana bildi. Klub hazırda 40 xalla ilk 4-lükdə yer alıb və lider “Benfika”dan 12 xal geri qalır. Müqayisə üçün ötən mövsüm 21 oyuna 16 qələbə əldə edən “arxiyepiskoplar” bu il eyni sayda oyunun cəmi 12-sini 3 xalla başa vurub.  

Avrokuboklara gəlincə, “Braqa” 2023/24 mövsümündə Çempionlar Liqasına III təsnifat mərhələsindən qoşulub. Onlar əvvəlcə Serbiyanın “Baçko Topolo”, pley-off-da isə Yunanıstanın “Panatinakos” klublarından üstün olaraq qrup mərhələsinə yüksəldi. Burada isə rəqiblər daha güclü idilər.  “Real Madrid” və “Napoli”yə hər iki görüşdə uduzan “ağ-qırmızılar” sadəcə “Yunion Berlin”dən 4 xal almağı bacardı. Vurulan 6 qol müqabilində 12 top buraxıldığını da bildirək. Qrup 3-cüsü olan klub UEFA Avropa Liqasına yollandı.

Komandanın baş məşqçisi Artur Jorjedir. Baş məşqçi kimi karyerasına 2009-cu ildə “Famalikan”da başlayan Jorje 1 il sonra futbolçu kimi karyerasının böyük əksəriyyətini keçirdiyi “Braqa”nın gənclərdən ibarət komandasında işləyib. 2013-cü ildən 2017-ci ilə qədər “Tirsens” və “Limianos” kimi klublarda çalışan mütəxəssis 2017-ci ildən etibarən yenidən “Braqa”ya qayıdıb və müxtəlif vaxtlarda sözügedən komandanın gənclərdən ibarət komandalarında işləyib. 2022-ci ilin may ayından isə o rəsmi şəkildə “Braqa”nın əsas komandasına baş məşqçi təyin olunub. Bu müddət ərzində 52 yaşlı çalışdırıcı ötən ayda komanda ilə Portuqaliya liqa kubokunu başı üzərinə qaldırıb.

Bu mövsüm xüsusilə fərqləndirməli oyunçusu isə komandanın forvardı Simon Banzadır. Konqolu hücumçu Portuqaliya liqasında meydanda olduğu 15 oyunda 14 qol və 3 ötürmə ilə diqqət çəkib. Yerli çempionatdan fərqli olaraq Banza bu mövsüm təsnifat mərhələsi daxil olmaqla, Çempionlar Liqasında oynadığı 9 görüşdə sadəcə 1 assistlə yadda qalıb. Əvəzində Alvaro Djalo parlayıb. O, pley-offlarda 3, qruplarda isə 2 qol vurub.

Komanda yayda heyətini “Lill”dən Xose Fonte, “Vulverhempton”dan Joao Moutinyo, “Sevilya”dan isə Roni Lopezlə gücləndirib. Hər üç futbolçu azad agent olaraq komandaya qoşulub. “Fənərbağça”dan Bruma üçün 5, “Şalke”dən isə Rodriqo Salasar üçün 6.5 milyon avro ödənilib. Qış transfer dönəminə gəlincə, Andre Orta, Andre Kaştru və Ali Al Musrati klubdan ayrılıb. Əvəzində isə PSJ-dən Şer Ndur komandaya cəlb edilib. İndi isə bu oyunçuların qarşısında mövsümü xilas etmək hədəfi qoyulub







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi