- Avroliqa
- 01:59 28.11.2025
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu səfərdə Portuqaliya "Braqa"sının qonağı olub. Görüşün 8-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Marko Yankoviç penaltidən hesabı açsa da, meydan sahibləri 44-cü dəqiqədə Banzanın vurduğu qolla hesabı bərabərləşdirib."Köhlən atlar" ikinci hissə başlar başlamaz 54-cü dəqiqədə Zubirin qolu ilə hesabda önə keçib. 65-ci dəqiqədə Juninyo "Qarabağ"ın üçüncü qolunu vurub. Cəmi dörd dəqiqə sonra Abdullah Zubir özünün ikinci, komandasının dördüncü qoluna imza atıb.
Görüşün 89-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Moutinyo penaltidən fərqlənərək hesab fərqini 2 topa endirib.
Beləliklə, görüşdə başqa qol olmayıb və "Qarabağ" "Braqa" səfərindən inamlı qələbə ilə ayrılmağı bacarıb.
Qeyd edək ki, cavab görüşü fevralın 22-də Bakıda baş tutacaq.