22 oktyabr 2024. Çərşənbə axşamı

Neftçinin oyunu onlara tapşırıldı


  • Avroliqa
  • 14:58 15.07.2019
  • Oxunma sayı: 559
Neftçinin oyunu onlara tapşırıldı

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək  "Neftçi" - "Sperantsa" (Moldova) matçının hakimləri açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma avstriyadan olan briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi