7 aprel 2025. Bazar ertəsi

"Qarabağ"la matç öncəsi çətin qələbə - VİDEO


  • Avroliqa
  • 09:30 19.02.2024
  • Oxunma sayı: 220
"Qarabağ"la matç öncəsi çətin qələbə  - VİDEO

“Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” növbəti görüşünə çıxıb.

90deqiqe.az xəbər verir ki, Artur Jorjenin kollektivi Portuqaliya çempionatının XXII turunda doğma divarlar arasında “Farense” ilə münasibətlərə aydınlıq gətirib. Matçın ilk yarısında Joao Moutinyo penaltidən yararlana bilməyib. Fasilədən sonra Simon Banza hesabı açsa da, “Farense” bərabərlik qoluna imza atıb. “Braqa” sona 5 dəqiqə qalmış Şer Ndurun qolu ilə üç xal qazanıb. 

2:1 hesablı qələbəni təmin edən "Braqa" xallarının sayını 43-ə çatdırıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Portuqallar növbəti oyununu Bakıda “Qarabağ”a qarşı keçirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç fevralın 22si tarixində 21:45də start götürəcək







Avroliqa