8 aprel 2025. Çərşənbə axşamı

Pioli: "Tənqid problem deyil"


  • Avroliqa
  • 00:03 22.02.2024
  • Oxunma sayı: 144
Pioli: "Tənqid problem deyil"

"Milan"ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının "Renn"lə oyunu öncəsi açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 58 yaşlı çalışdırıcı cavab görüşündə fərqli oyun göstərəcəklərini bildirib.

"Rotasiya ifadəsini çox bəyənmirəm, amma bizim çoxlu matçlarımız var və biz qərarlar qəbul etməliyik ki, oyundan əvvəl oyunçuların vəziyyəti nəzərə alınsın. Bu, sabah və “Atalanta” ilə oyunda baş verəcək. “Renn”in ilk görüşdəkindən fərqli oynamasını gözləyirik, amma buna hazırıq. Tənqid? Hər şey yaxşıdır. Bizim işimiz nəticə ilə ölçülür və böyük komandanı çalışdırmaqla nəticə əldə etməsəniz, tənqid olunmağınız məntiqlidir. Bu mənim üçün problem deyil”, – Pioli mətbuat konfransında deyib.

Qeyd edək ki, ilk görüşdə “rossonerilər” 3:0 hesabı ilə qalib gəlib. Cümə axşamı komanda 1/16 final mərhələsinin cavab matçını Fransada keçirəcək.







Avroliqa