27 iyul 2024. Şənbə

Avropa Liqasında 1/8 finalçılar bəlli olacaq


  • Avroliqa
  • 05:17 22.02.2024
  • Oxunma sayı: 405
Avropa Liqasında 1/8 finalçılar bəlli olacaq

Bu gün UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin cavab görüşləri keçiriləcək. “Qarabağ” - “Braqa” görüşü ilə yanaşı daha 7 cütün taleyinə aydınlıq gələcək. 

90deqiqe.az xəbər verir ki, 

Ötən həftə doğma meydanda Mauro İkardinin son dəqiqələrdə vurduğu qolla “Sparta Praqa” üzərində 3:2 hesablı qələbə qazanan “Qalatasaray” çətin Çexiya səfərinə yollanacaq. “Sarı-qırmızılar” əla formadadır. “Aslanlar” bütün turnirlər daxil olmaqla ardıcıl 10 oyundur ki qələbə qazanır. Çexiya təmsilçisi də bu matça iddialı çıxacaq. Praqa təmsilçisinin çətin İstanbul səfərində göstərdiyi inamlı performansa görə çexiyalı azarkeşlər qarşılaşmayla bağlı xeyli ümidlidirlər. Həm də indiyə qədər tərəflərin  duellərində səfər komandasının qələbəsinin qeydə alınmaması “Sparta Praqa”nın şansını artıran məqamlardan biri kimi görünür. Cütün ilk görüşündə qırmızı kartla cəzalandırılan “Qalatasaray”ın üzvü Viktor Nelsson və Çexiya kollektivindən Matey Rineş komandalarına kömək edə bilməyəcəklər. Qarşılaşmanı ingiltərəli hakim Entoni Teylor idarə edəcək. 

Günün diqqətçəkən daha bir dueli “Stadio Olimpiko”da təşkil olunacaq. Burada yerli “Roma” “Feyenoord”la münasibətlərə aydınlıq gətirəcək. Tərəflərin ilk matçında 1:1 hesablı sülh qeydə alınıb.  Qonaq kollektiv ötən mövsümki məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Belə ki, keçən mövsüm UEFA Avropa Liqasının 1/4 finalında qarşılaşan kollektivlərin görüşündə ümumi hesabda 4:2 üstün olan   “canavarlar” növbəti mərhələ yüksəlmişdi. Gecəyarı başlayacaq oyunda ədaləti ispaniyalı Xesus Jil Manzano təmsil edəcək.

UEFA Avropa Liqasının keçid pley-offu çərçivəsində “Velodrom” stadionunda keçiriləcək digər matçda “Marsel” Donestk “Şaxtyor”u ilə üz-üzə gələcək. İlk matçda qeydə alınan 2:2 hesablı bərabərlik qarşılaşmanın prinsipiallığını daha da artırır. Almaniyalı baş hakim Tobias Ştiller gecəyarı başlayacaq oyunu idarə edəcək.

“Yanq Boyz” səfərində cütün ilk matçında 3:1 hesablı inamlı qələbə qazanan “Sportinq” doğma ”Joze Alvalade” stadionunda növbəti mərhələyə yüksəlməyə çalışacaq. Bu görüş də gecəyarı başlayacaq.

Kubokun favoritlərindən sayılan “Milan” Renn səfərinə yollanacaq. İlk görüşdə  3:0 hesalı inamlı  qələbə qazanan “Rossoneri” böyük ölçüdə 1/8 final mərhələsinə vəsiqəni təmin edib. Oyunun start fiti 21:45-də səslənəcək. Portuqaliyalı referi Joao Pinyero görüşü idarə edəcək.

21:45-də başlayacaq digər oyun “Lans” və Frayburq” arasında olacaq. İlk qarşılaşmada qeydə alınan qolsuz bərabərlik görüşü daha da maraqlı edir. “Avropa Park”da təşkil olunacaq qarşılaşmada ədaləti sloveniyalı Rade Obrenoviç təmin edəcək.

Fransanın digər təmsilçisi “Tuluza” da 1/8 final şanslarını saxlayır. Düzdür, onlar  ilk oyunda “Benfika”ya minimal fərqlə uduzublar. Lakin Fransada keçiriləcək görüşdə meydan sahibləri xeyli iddialıdırlar. Bu matçın da start fiti 21:45-də səslənəcək.







Avroliqa

"Zirə"nin rəqibi bəlli oldu
  • Avroliqa
  • 17:19 18.06.2024
"Zirə"nin rəqibi bəlli oldu