- Avroliqa
- 22:51 05.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
90deqiqe.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri Bakıda “Braqa”nı qəbul edəcək. Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” 1/8 finala adlamaq üçün üstünlüyünü qorumalıdır. Tarixi şansdan yararlanmağa çalışacaq ağdamlılar bunu bacarsa, avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü sabah atılacaq. Pley-offun qalibi olan 8 komanda qrup mərhələsində 1-ci yeri tutanlarla qarşılaşacaq.
Avropa Liqası
Pley-off, cavab oyunu
22 fevral
21:45. “Qarabağ” – “Braqa”
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2