4 dekabr 2024. Çərşənbə

"Qarabağ" tarixində bir ilk


  • Avroliqa
  • 00:22 23.02.2024
  • Oxunma sayı: 165
"Qarabağ" tarixində bir ilk

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxıb.

90deqiqe.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhrəmov adına stadionda "Braqa"nı qəbul edib. Gərgin keçən matçda ilk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə "Qarabağ" ın müdafiəçisi Elvin Cəfərquliyev 57-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub, bundan maksimum yararlanan qonaqlar iki qol vurmağı bacarıb.

İlk görüşdə Azərbaycan çempionu 4:2 hesabı ilə qələbə qazandığından 30 dəqiqəlik əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtın ilk hissəsində Ağdam klubunun futbolçusu Silva 102-ci dəqiqədə fərqlənib. İkinci hissədə isə rəqib Ağdam klubunu bir topla yenə cəzalandırsa, son dəqiqələrdə "köhlən atlar"ın gənc hücumçusu Nəriman Axundzadə bunun cavabını verib. 

Beləliklə, Azərbaycan çempionu tarixində ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü sabah atılacaq. 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək

Avropa Liqası
Pley-off, cavab oyunu
22 fevral

“Qarabağ” – “Braqa” 2:3 (üm hesab 6:5)

Qollar: R.Fernandes, 70, A.Djalo, 83, Matyeus Silva, 102, S.Banza (pen), 115, N.Axundzadə, 120+2

 







Avroliqa