- Avroliqa
- 01:59 29.11.2024
İlk Azərbaycan klubu olaraq avrokuboklar tarixində 1/8 finala yüksələn “Qarabağ”ın rəqibi bu gün bəlli olacaq.
90deqiqe.Az xəbər verir ki, Avropa Liqasında 1/8 final mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılacaq.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Pley-offda Portuqaliyanın “Braqa” klubunu (4:2, 2:3) mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası püşkatmada səpələnməmişlər səbətində olacaq.
“Qarabağ” Avropa Liqasının qrupunda 1-ci yeri tutan və bu üzdən pley-offdan azad olan komandalardan biri ilə üz-üzə gələcək. Səpələnmişlər səbətində tanınmış klublar da daxil olmaqla, 8 komanda yer alıb. Bunlar “Liverpul”, “Vest Hem”, “Brayton”, “Atalanta”, “Reyncers”, “Vilyarreal”, “Slaviya” və “Bayer”dir.
1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək. “Qarabağ” və digər səpələnməmiş klublar ilk qarşılaşmaya evdə çıxacaqlar.
Səpələnmişlər
“Vest Hem”
“Brayton”
“Atalanta”
“Reyncers”
“Liverpul”
“Vilyarreal”
“Slaviya”
“Bayer”
Səpələnməmişlər
“Qarabağ”
“Frayburq”
“Milan”
“Benfika”
“Sportinq” – “Yanq Boyz” cütünün qalibi
“Marsel” – “Şaxtyor” cütünün qalibi
“Sparta” – “Qalatasaray” cütünün qalibi
“Roma” – “Feyenord” cütünün qalibi