- Avroliqa
- 15:22 17.06.2026
"Marsel" Avropa Liqasının pley-off mərhələsinin evdə "Şaxtyor"a qalib gəlib (3:1).
90deqiqe.Az xəbər verir ki, sözügedən matçda birincilərin hücumçusu Pyer-Emerik Obameyanq komandanın qollarından birini vurub.
Bu, qabonlu futbolçunun 31-ci qoludur, o, "Rayo Valyekano"nun hücumçusu Radamel Falkaonu (30 qol) keçərək, turnir tarixinin bombardiri olub.
Üçüncü yerdə 26 qolla keçmiş “Atletik”in futbolçusu Arits Aduris və “Roma”nın hücumçusu Romelu Lukaku qərarlaşıb.