- Avroliqa
- 22:51 05.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Sparta Praqa" "Qalatasaray haqqında video paylaşıb
90deqiqe.az xəbər verir ki, UEFA Avropa Liqasının gecənin maraqla gözlənilən qarşılaşmasında “Qalatasaray” – “Sparta Praqa” səfərinə yollanıb. Qarşılaşma Türkiyə təmsilçisi üçün yaxşı başlamayıb. 8-ci dəqiqədə Anxelo Presyado aşırma zərbə ilə meydan sahiblərini hesabda irəli çıxarıb. Lakin 6 dəqiqə sonra İstanbul klubu hesaba tarazlıq gətirib. Abdulkerim Bardakçı adını tabloya yazdırıb. İlk hissə bu hesabla yekunlaşıb. 68-ci dəqiqədə Kaan Ayhan kobud oyuna görə qırmızı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən maksimum yararlanan Çexiya təmsilçisi 6 dəqiqə sonra 2-ci topu rəqib qapısından keçirib. İndrit Tuci başla qapını dəqiq nişan alıb. 80-ci dəqiqədə Lukaş Haraslin qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 90+6 cı dəqiqədə fərqlənən Yan Kuxta görüşün yekun nəticəsini müəyyənləşdirib. “Sparta Paraqa” 4 , “Qalatasaray” 1. Türkiyə təmsilçisi ilk görüşdə 3-2 qalib gəlsə də bu, mərhələ adlamaq üçün kifayət etməyib.
Matçdan sonra yerli klub "Cimbom" haqqında video paylaşıb