4 dekabr 2024. Çərşənbə

“Qarabağ”ın 1/8 finaldakı rəqibi bilindi


  • Avroliqa
  • 15:13 23.02.2024
  • Oxunma sayı: 237
“Qarabağ”ın  1/8 finaldakı rəqibi bilindi

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Ağdam klubu bu raundda "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri ilk matçını evdə oynayacaq.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

1/8 final mərhələsinin cütlükləri

"Sparta Praqa" - "Liverpul"
"Marsel" - "Vilyarreal"
"Roma" – "Brayton"
"Benfika" - "Reyncers"
"Frayburq" - "Vest Hem"
"Sportinq" - "Atalanta"
"Milan" - "Slaviya Praqa"

Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Bundesliqa lideri evdə 5:1, Bakıda isə 1:0 hesabı ilə "köhlən atlar"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.







Avroliqa