4 dekabr 2024. Çərşənbə

"Qarabağ"ın qapıçısı: "Bayer" AL-nın favoritlərindən biridir"


  • Avroliqa
  • 16:33 23.02.2024
  • Oxunma sayı: 224
"Qarabağ"ın qapıçısı: "Bayer" AL-nın favoritlərindən biridir"

“Qarabağ”ın  qapıçısı Andrey Lunev Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticələrindən fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, 32 yaşlı rusiyalı sabiq komandasını turnirin favoriti olaraq gördüyünü bildirib.

“Keçmiş komandanızla matç əlavə emosiyalar yaradacaq? Əlbəttə olacaq. Onlarla oynamağımız çox xoşdur. Bu, çox yaxşı komandadır, xüsusən indi. Çalışacağıq ki, qələbə qazanaq və davam edək.

Komandaların eyni qrupda çıxış etməsi müsbət haldırmı? Bir tərəfdən, bəli, komandanı tanıyırıq, amma digər tərəfdən zədə səbəbindən rotasiya baxımından dəyişiklik ediblər. Hələ uduzmayıblar, əlavə stimul var. Baxmayaraq ki, bunu axtarmağa ehtiyac yoxdur (gülür). Bu "Bayer"dir - çıxıb onlara qarşı mübarizə aparmaq lazımdır.

Bu sizin ən çətin rəqibinizdir? Bəli, mütləq. Düşünürəm ki, “Bayer” turnirin favoritlərindən biridir. Amma indiki mərhələdə məncə, artıq zəif rəqib yoxdur”, - Lunevin sözlərindən sitat gətirir “Match TV”.

Qeyd edək ki, “Qarabağ”ın rəqibi daha əvvəl Lunevin çıxış etdiyi “Bayer Leverkuzen” olacaq.

Xatırladaq ki, 32 yaşlı qolkiper 2023-cü ilin yayından azad agent kimi keçdiyi “Qarabağ”da çıxış edir. Klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Hazırkı Avropa Liqasında rusiyalı futbolçu səkkiz matçda iştirak edib, bu oyunda 13 qol buraxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb.

Transfermarkt portalında verilən məlumata görə, Lunevin bazar dəyəri 1 milyon avrodur.Daha əvvəl qapıçı “Zenit”, “Ufa” və “Torpedo” kimi komandalarda çıxış edib.







Avroliqa