- Avroliqa
- 01:59 29.11.2024
"Qarabağ"ın daha əvvəl "Bayer"də çıxış edən qapıçısı Andrey Lunev Avropa Liqasının 1/8 final mərhələsində Almaniya klubu ilə oyun haqda danışıb.
90deqiqqe.Az xəbər verir ki, rusiyalı qolkiper yenidən qarşılaşdığımız üçün rəqibin güclü və zəif tərəflərinin nə olduğu barədə anlayışlarının olduğunu bildirib.
“Bir tərəfdən, onlarla yenidən oynamağım çox xoşdur. Digər tərəfdən, bu, başqa mərhələdə baş versəydi, daha yaxşı olardı, amma indi daha asan rəqibimiz var. O mənada bəzi üstünlüklər var ki, onlarla iki oyun keçirmişik - tanış komandadırlar. Onların necə oynaması, onlara qarşı necə oynaya biləcəyimiz, güclü və zəif tərəflərinin nə olduğu barədə anlayış var. Mənfi cəhətləri də var. Bu futboldur. İstənilən rəqiblə oynaya bilərsən və oynamalısan”, - Lunev “Çempionat”ın müxbiri Oleq Lısenko ilə söhbətində deyib.
Komandalar arasında ilk oyun martın 7-də Azərbaycanın Tofiq Bəhramov adına stadionunda baş tutacaq. Cavab oyunu martın 14-də Almaniyada keçiriləcək.