- Avroliqa
- 01:59 29.11.2024
UEFA Avropa Liqasında həm qrup mərhələsində rəqibimiz olmuş həm də 1/8 finalda yenidən qarşılaşacağımız “Bayer Leverkuzen”i daha yaxından tanıyaq. Xabi Alonsonun çalışdırdığı klubun məğlubedilməzliyinin əsas səbəbi nələrdir? Hansı futbolçular bu mövsüm özünü yaxşı cəhətdən göstərdilər?
2023-2024-cü il mövsümü Avropa futbolunda yeni eranın başlanğıcı oldu. Belə ki, heç kimin gözləmədiyi bir komanda – “Bayer Leverkuzen” tarixi yenidən yazmağa başladı. Məşqçilik təcrübəsi o qədər də böyük olmayan ispaniyalı Xabi Alonsonun komandası bu mövsüm həm öz liqasında, həm də Avropa Liqasında fırtına kimi əsməyə başladı. Mösümün yarıdan çoxunun getdiyi bir vaxtda qitədə bütün turnirlər daxil olmaqla, heç bir görüşdə Almaniya təmsilçisi məğlubiyyət görməyən yeganə komanda ünvanına sahibdir. Almaniya bundesliqasında ilk 3 turda rəqiblərini məğlubiyyətə uğradan “Bayer”in ən çətin sınağı dördüncü turda oldu. Son çempion Bayernlə matçda Alonsonun komandası məğlub olmadı - 2-2. Bu, Leverkuzen təmsilçisinin yenilməz olacağının əsas siqnalı idi. Ümumilikdə komanda liqada keçirdiyi 23 görüşün 19-da qalib gələn və məğlubiyyətisz irəliləyən klub uğurunu UEFA Avropa Liqasında da davam etdirir. Təmsilçimiz “Qarabağ”la birlikdə EYC qrupunda mübarizə aparan “Bayer” bütün oyunları qalib bitirərək qrupu lider tamamladı. Leverkuzen təmsilçisi yeni rekordu da müəyyənləşdirdi. Məğlubiyyətsiz oyunlar seriyasını 33-ə çatdıran komanda bu nəticə ilə “Bayern”in nailiyyətini geridə qoyub. Bütün bu uğurlarda baş məşqçi Xabi Alonsonun rolunu qeyd etmək lazımdır. O, hər bir rəqiblə oyuna xüsusi hazırlaşır. Bir çox futbolçuları əsas heyət üzvünə çevirməyi, potensialını açmağı bacaran ispaniyalı mütəxəssis məşqçinin nə qədər vacib insan olduğunu göstərdi. Onunla yanaşı, futbolçular bu uğurda xüsusi pay sahibidirlər. Komandanın bu mövsüm sıralarına qoşulan Viktor Bonifeys, Alexandro Girmaldo, Qranit Caka kimi oyunçular mövsümün gedişatında vacib simalara çevrildilər.
Bu mövsüm Belçikanın Yunion Sent Julios gələn nigeriyalı futbolçu Viktor Bonifeys klubun ən sərrast futbolçusudur. Uğurlu transfer olan Bonifeys hazırda bütün turnirlər daxil olmaqla 14 qolla yadda qalıb. Lakin o zədəli olduğu vaxtda əvəzləyicilər bacarıqlarını nümayiş etdirdilər.
Yeni transferlərdən Alexandro Girmaldo, Qranit Caka və Yonas Honffman da komandanın parlayan üzvlərindəndir. Yeni oyunçularla bərabər köhnə üzvlər də Avropanın hazırda naməğlub komandasının uğurunda böyük rol oynayırlar. Almaniyalı yarımmüdafiəçi Florian Firtz buna ən böyük nümunədir. Ötən mövsümün sonlarını zədəli keçirən futbolçu bu mövsüm bundesliqada 5 qol 10 assist, UEFA Avropa Liqasında isə 2 qol, 4 assistlə yadda qalıb. Statistik rəqəmləri kənara qoysaq, onun hücumların qurulmasında əlahiddə payı var. Komandanın hücum potensialını qeyd etməliyik. Qrimaldo Bundesliqa və avroliqada 10, Ceremi Frimponq isə 8 qol vurub. Qapıçı Lukaş Qradetski inamlı çıxış edir.
Nəticədə onlar tarixində ilk dəfə çempion olmağa yaxındırlar.
İndi bu qədər yaxşı formada olan, Avropanın yenilməz komandasını məğlub etmək vəzifəsi isə “Qarabağ”ın üzərinə düşür. “köhlən atlar” UEFA Avropa Liqasının 1/8 finalInda yenidən Leverkuzen təmsilçisinə rəqib oldu. İlk görüş martın 7-si Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və görüş “CBC Sport”la canlı yayımlanacaq. Deməli, bizi bütün mənalarda tarixi və maraqlı oyun gözləyir.