- Avroliqa
- 01:59 29.11.2024
"Liverpul"un baş məşqçisi Yurgen Klopp ulduz hücumçu Məhəmməd Salahın Avropa Liqasının 1/8 finalında "Sparta Praqa" ilə matçda mümkün iştirakı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, alman çalışdırıcı buna oyun zamanı qərar verəcəklərini bildirib.
“Məhəmməd komanda ilə getdi. O, iki gündür məşq edir və enerji ilə doludur. Salah meydana çıxa biləcəkmi? Görək. Onun yenidən heyətə qayıtması bizim üçün yaxşı haldır. Bu, "Liverpul" üçün əla xəbərdir."
Qeyd edək ki, "Sparta" və "Liverpul" arasında ilk oyun bu gün, martın 7-də Praqadakı stadionda keçiriləcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.