22 oktyabr 2024. Çərşənbə axşamı

Xabi Alonso: “Qarabağ” güclü komandadır, orada məşqçinin əməyi görünür"


  • Avroliqa
  • 01:32 08.03.2024
  • Oxunma sayı: 120
Xabi Alonso: “Qarabağ” güclü komandadır, orada məşqçinin əməyi görünür"

"Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının son 1/8 final mərhələsində "Qarabağ" ilə (2:2) oyunu haqda fikirlərini bölüşüb. .

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı Ağdam təmsilçisinin güclü komanda olduğunu bildirib.

“Əsəbi və çətin matç oldu. İlk hissədə əlimizdən gələni edə bilmədik. “Qarabağ” güclü komandadır. Cavab oyununda nə olacağını demək çətindir.

“Qarabağ” uzun müddətdir ki, avrokuboklarda çıxış edən komandadır. Onların Çempionlar Liqasında “Atletiko Madrid”lə oyunlarına baxdım. Bu komandada baş məşqçinin əməyi göz qabağındadır”

Xatırladaq ki, bu komandalar arasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu martın 14-də baş tutacaq. Oyun Leverkuzendəki Bay Arenada keçiriləcək. Görüş Moskva vaxtı ilə saat 23:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi