4 dekabr 2024. Çərşənbə

“Milan” dörd qol vurdu, amma sevinmədi” - Loftus-Çik


  • Avroliqa
  • 13:00 08.03.2024
  • Oxunma sayı: 139
“Milan” dörd qol vurdu, amma sevinmədi” -  Loftus-Çik

“Milan”ın hücumameyilli yarımmüdafiəçisi Ruben Loftus-Çik komandasının Avropa Liqasının 1/8 final mərhələsinin “Slaviya” ilə ilk oyununda qazandıqları qələbəni şərh edib. 

90deqiqe.Az xəbər verir ki,  28 yaşlı fubolçu məqsədinin hər zaman qol vurmaq üçün düzgün mövqedə olmaq olduğunu bildirib.

“Qəribə hissdir: dörd qol vurursan, qalib gəlirsən, amma xoşbəxt deyilsən: daha yaxşı müdafiə olunmalı idik, çox buraxdıq, amma cavab matçında iki top fərqi bizə kömək edəcək.

Avropa Liqasında qələbə? Diqqətimizi cəmləməliyik, biz bunu bu gün etdik, çox irəlidə düşünməməliyik, diqqətimizi cəmləməliyik.

Mənim məqsədim? Mən həmişə qol vurmaq üçün düzgün mövqedə olmağa çalışıram, son oyunlarda bir neçə şansım oldu, bu gün onları çevirdim”

Qeyd edək ki, San Siro stadionunda baş tutan görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qollardan birini ingilis futbolçu qeyd edib.

Cavab oyunu Praqada, “Fortuna Arena” stadionunda martın 14-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.







Avroliqa