22 oktyabr 2024. Çərşənbə axşamı

"Qarabağ"ın tarixi matçına saatlar qaldı


  • Avroliqa
  • 09:58 14.03.2024
  • Oxunma sayı: 92
"Qarabağ"ın tarixi matçına saatlar qaldı

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 finalına adlayan ilk Azərbaycan komandası kimi ölkəmizin futbol tarixində yeni salnamə yazdı. Ağdam klubu bu mərhələdə Almaniyanın “Bayer Leverkuzen” klubuna rəqib oldu. Əhəmiyyətinə görə Avropanın ikinci klub turnirinin “H” (eyç) qrupunda mübarizə aparan “köhlən atlar” Xabi Alonsonun kollektivi ilə buradan tanışdır. Komandaların arasında indiyədək oynanılan 3 qarşılaşmadan ikisi məhz bu kvartet çərçivəsində keçirilib. “Əzcaçılar” Leverkuzendəki oyunda Qurban Qurbanovun futbolçularını 5:1 hesabı ilə məğlub edə bilmişdilərsə, Bakıdakı matçda Almaniya komandasının gücü yalnız bir cavabsız qola çatmışdı. UEFA Avropa Liqasının 1/8 finalına təsadüf edən ilk görüşdə Tofiq Bəhramov adına Respublika Stadionunda “köhlən atlar” ilk hissəni 2:0 öndə bitirdilər. Almaniya klubu yalnız son anlarda məğlubiyyətdən qaça bildi. Nəticədə bir çox beynəlxalq idman nəşrləri Qurban Qurbanovun futbolçularının mübarizliyi və əzəmətini diqqət mərkəzinə çərərək Xabi Alonsonun komandasına qarşı mövsümdə ən yaxşı performanslardan biri kimi qiymətləndirdilər.

“Bayer Leverkuzen” hazırda nəinki ölkəsinin, Avropa futbolunun ən proqressiv kollektivi hesab edilir. Xabi Alonsonun yetirmələri ötən ilin avqust ayından etibarən meydana çıxdıqları 36 görüşün heç birindən məğlub ayrılmayıblar. Daxili çempionatda isə son 11 mövsümün qalibi “Bayern Münhen”in hegemoniyasına son qoyulmaq üzrədir. “Əczaçılar” Bavariya təmsilçisini 10 xal qabaqlayır. “Qarabağ”ın da işləri qaydasındadır. Ağdam klubu Misli Premyer Liqasında keçirdiyi son 15 oyunun 14-nü qalib başa vurmaqla ən yaxın izləyicisi “Sumqayıt”dan 24 xal öndədir.

“Qarabağ” üçün “Bayer Leverkuzen”lə oyun Azərbaycan klub futbolunun ən əhəmiyyətli qarşılaşmalarından biridir. “Əczaçılar”la matç təkcə Qurban Qurbanovun yetirmələri və Ağdam klubunun fanatları üçün yox, tarixi mahiyyətinə görə ölkəmizdə bir nömrəli idman növünün bütün azarkeşləri üçün vacibdir. Ümid edirik ki, “köhlən atlar” öz oyunları ilə Azərbaycan futbol tarixinə daha bir neçə mühüm səhifə əlavə edə biləcəklər.

Xatırladaq ki, görüş Leverkuzendəki “Bay-Arena”da keçiriləcək və ingiltərəli Entoni Telyorun başçılıq etdiyi hakimlər briqadası tərəfindən idarə ediləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi