22 oktyabr 2024. Çərşənbə axşamı

8 cütün taleyinə aydınlıq gəlir


  • Avroliqa
  • 10:35 14.03.2024
  • Oxunma sayı: 111
8 cütün taleyinə aydınlıq gəlir

Turnirin favoritlərindən hesab olunan “Liverpul” “Sparta Praqa”nı qəbul edəck. “Mersisaydlar” cütün taleyini ilk görüşdə 5:1 qələbə qazanaraq  böyük ölçüdə həll edib. Bunu nəzərə alaraq Yurqen Kloppun bu oyunda geniş miqyasda rotasiya həyata keçirəcəyi gözlənilir. Bu matç tərəflərin dördüncü dueli olacaq. Komandalar arasındakı 2011-ci ildə UEFA Avropa Liqasının 1/16 finalına  təsadüf edən duellərdə Dumanlı Albion təmsilçiləri ümumi hesabda 1:0 üstün olaraq növbəti mərhələyə yüksəlməyi bacarmışdı. Gecəyarısı start götürəcək və “Enfild Roud” stadionunda keçiriləcək matçı portuqaliyalı Artur Soareş Diaş idarə edəcək.

Bu oyunla eyni vaxtda həmçinin “Brayton” – “Roma” görüşü başlayacaq. Komandalar arasındakı ilk görüşdə italiyalılar rəqibini 4 cavabsız qolla üstələyib. Bu oyun həmçinin  komandaların tarixində ilk görüş olması ilə də əlamətdar olub. Turnirlə böyük ölçüdə vidalaşan “qağayılar” çıxışlarını major notlarla bitirməyə çalışacaq. “Stadio Olimpiko”da təşkil olunacaq qarşılaşmada  ədaləti almaniyalı Feliks Svayer  qoruyacaq.

Gecəyarı başlayacaq digər oyun “Atalanta” və “Sportinq” arasında olacaq. Bu komandalar bir-birini çox yaxşı tanıyırlar. Belə ki, bu mövsüm hər iki klub UEFA Avropa Liqasının “D” qrupunda mübarizə aparıb. Keçirilən görüşlərdə İtaliya komandası aktivinə 4 xal yazdırıb. Berqamolular həmçinin həmin kvarteti lider kimi tamamlayıblar. 1/8 finalın Portuqaliyadakı ilk görüşündə sülh qeydə alınıb. “Stadio Di Berqamo”da təşkil olunacaq qarşılaşmada ədalət keşiyində isveçrəli Sandro Şerer duracaq.

Başqa bir İtaliya təmsilçisi “Milan” “Slaviya Praqa” səfərinə yollanacaq. İlk görüşü 4:2 qazanan “rossoneri” cütün favoriti hesab olunur. UEFA Çempionlar Liqasının F qrupunda üçüncü olaraq mübarizəni Avropanın əhəmiyyətinə görə ikinci klub turnirində davam etdirən keçid pley-off mərhələsində Fransanın “Renn” klubunu üstələyib. “Slaviya Praqa” isə “Roma”nın da olduğu “G” kvartetini birinci kimi başa vurub və 1/8 finala adlayıb. Bu komandalar indiyə kimi heç zaman üz-üzə gəlməyib. Qarşılaşma 21:45-də “Eden Arena”da  başlayacaq. Oyununun baş hakimi isveçli Qlen Nyuberq olacaq.

Bu mərhələnin maraqlı qarşılaşmalarında biri də “Vest Hem” və “Frayburq” kollektivləri arasında keçiriləcək. Maraqlıdır ki, komandalar qrup mərhələsində də üz-üzə gəlib. Həmin matçlarda İngiltərə klubu  qələbəyə sevinsə də, cütün ilk görüşündə fərqli nəticə qeydə alınıb. Belə ki, Almaniya təmsilçisi minimalhesablı qalibiyyəti bayram edib. Yerli çempionatlarında orta pillələrdə qərarlaşan klubların “London Stadionu”nda keçiriləcək qarşılaşması 21:45-də başlayacaq. Bu prinsipial matçın idarəçiliyi italiyalı referi Marko Quidaya həvalə olunub.  

Uzun illərdir ki, Avropanın klun turnirlərində titula həsrət qalan “Benfika” Şotlandiya nəhəngi “Reyncers”lə münasibətlərinə aydınlıq gətirəcək. Sonuncu dəfə kollektivlər 2020-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşıblar və hər iki matç bərabərliklə yekunlaşıb. Elə cütün ilk görüşündə 2:2 hesablı bərabərliklə nəticələnib. “İbroks Arena”da keçiriləcək oyunun start fitini slovakiyalı İvan Krujlyak saat 21:45-də səslənəcək.

21:45-də başlayacaq digər bir görüş “Vilyareal” və “Marsel” kollektivləri arasında təşkil olunacaq. Yeni baş məşqçi Jan-Lui Qasse ilə birlikdə performansını artıran  “provansallar” onun rəhbərliyi altında çıxıdığı bütün oyunlardan qalbi ayrılıb. İlk matçda da fransızlar “sarı sualtı qayığın” qapısından dörd cavabsız top keçirdib. “Estadio de la Seramika” keçiriləcək qarşılaşmanın baş hakimi Ruminiyadan İstvan kiaçs olacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi