27 iyul 2024. Şənbə

De Rossi Dibala və Lukakunun durumundan danışıb


  • Avroliqa
  • 22:53 14.03.2024
  • Oxunma sayı: 83
De Rossi Dibala və Lukakunun durumundan danışıb

"Roma"nın baş məşqçisi Daniele de Rossi Avropa Liqasının 1/8 final mərhələsinin "Brayton"la cavab oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı eyni anda iki hücum ulduzu - Paulo Dibala və Romelu Lukaku olmadan çıxış edəcəklərini istisna etməyib.

“Dibala artıq özünü yaxşı hiss edir və Lukaku bir neçə aydır ki, ombasında problemlər yaşayır ki, bu da bəzən daha da pisləşir. Hansı komandanı meydana çıxarsaq, yaxşı oyun göstərməliyik. Əminəm ki, lazım gələrsə, Dibala və Lukaku olmadan da oynaya bilərik. Mən hələ heyətlə bağlı qərar verməmişəm”

Argentinalı futbolçu A Seriyasında “Fiorentina” ilə son matçda yorğunluq səbəbindən əvəzlənib, belçikalı isə hazırda zədəlidir. .

İlk görüşdə “Roma” “Brayton”u 4:0 hesabı ilə məğlub edib.







Avroliqa

"Zirə"nin rəqibi bəlli oldu
  • Avroliqa
  • 17:19 18.06.2024
"Zirə"nin rəqibi bəlli oldu