- Avroliqa
- 22:51 05.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Caka Avropa Liqasının 1/8 finalında "Qarabağ" üzərində əzmkar qələbədən danışıb.
90deqiqe.Az xəbər verir ki, 31 yaşlı futbolçu bu qələbənin qeyri-adi bir qələbə olduğunu bildirib.
“Bu, qeyri-adi bir qələbədir, çox dəyərlidir. Bu, göstərdiyimiz mənəviyyat üçün qələbədir. Komanda sona kimi özünə inandı. Turnirdə iştirakımız davam edir. Püşkatmaya kimin düşməsindən asılı olmayaraq, 1/4 final mərhələsini adlamaq istəyirik”, - deyə UEFA-nın mətbuat xidməti yarımmüdafiəçinin sözlərini bildirib.
Cavab görüşündə 3:2 hesabı ilə qalib gələn almanlar turnirin 1/4 finalına vəsiqə qazanıb.
Martın 15-i cümə günü Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.