- Avroliqa
- 16:34 31.01.2025
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Leverkuzen "Bayer"i "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az xəbər verir ki, "əczaçılar"ın baş məşqçisi Xabi Alonso bu qələbəni belə şərh edib.
“Emosiyalar baxımından xüsusi matç keçirdik. Qələbəyə ac idik və 1:2 hesabı ilə vitesləri tamamilə dəyişdik. Mən artıq əlavə vaxta qədər çıxış etməyə başlamışdım, amma buna ehtiyac yox idi. Patrik Şik əla idi, bu andan həzz almalıyıq”
Bu gün, martın 15-də Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.