- Avroliqa
- 22:51 05.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bayer Leverkuzen"in hücumçusu Patrik Şik Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Qarabağ" üzərində evdə qazandıqları qələbədən danışıb.
90deqiqe.Az xəbər verir ki, 28 yaşlı forvard sona qədər mübarizə apardıqlarını bildirib.
“Bu, sadəcə inanılmaz bir sonluqdur. Son dəqiqələr əsl dəlilik oldu. Son saniyəyə qədər mübarizə apardıq. Rəqibimiz ancaq təriflərə layiqdir. Bundesliqadan fərqli oynayırlar, ona görə də bizim üçün asan olmadı. 1/4 finalı səbirsizliklə gözləyirik. Növbəti rəqibin kim olmasının fərqi yoxdur, biz hər kəsə qalib gələ bilərik”
Almaniya klubu 3:2 hesabı ilə qalib gələrək yarışın növbəti mərhələsinə yüksəlib.
1/4 final mərhələsinin püşkatma mərasimi cümə günü, martın 15-də keçiriləcək.