- Avroliqa
- 19:48 13.12.2024
Türkiyə millisinin sabiq futbolçusu, hal-hazırda futbol şərhçisi olan Nihat Kahveci "Qarabağ"ın "Bayer"lə cavab oyunundan (2:3) danışıb.
90deqiqe.az xəbər verir ki, o, Türkiyə telekanallarının birində yayımlanan verilişdə Ağdam klubu haqda müsbət fikirlər səsləndirib: "Xabi Alonso onsuz da "Qarabağ"ı məğlub edəcəklərini düşünürdü. Amma futbol belə deyil. Əlavə olunmuş dəqiqələrdə 2 qol vurdular. Mənə görə "Qarabağ" mərhələni keçdi. Onları təbrik edirəm. Halal olsun".
Qeyd edək ki, "Qarabağ" "Bayer"lə ilk görüşdə 2:2 hesablı heç-heçə edib. Cavab oyununda Ağdam təmsilçisi 2:1 hesabı ilə öndə olsa da, Leverkuzen klubu 90+3 və 90+8-ci dəqiqələrdə vurulan qollarla növbəti mərhələyə yüksəlib.