- Avroliqa
- 17:05 25.11.2024
2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi bəlli olub.
Corner.az-ın məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə üz-üzə gələcək. Tiflis təmsilçisi I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) məğlub edərək mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.
Qəbələ ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə olacaq.
Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan "qırmızı qaralar evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.