22 noyabr 2024. Cümə

Bu, sadəcə, şayiədir - Monroz


  • Avroliqa
  • 01:43 19.07.2019
  • Oxunma sayı: 466
Bu, sadəcə, şayiədir - Monroz

Neftçi'nin hücumçusu Stiven Monroz Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Sperantsa” klubuna 6:0 hesabı ilə qalib gəldikləri cavab matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Corner.az-ın məlumatına görə, o, növbəti mərhələdəki rəqibləri Rusiyanın "Arsenal" klubu haqda da danışıb.
 
- "Arsenal"la oyun öncəsi iki oyuna doqquz vurdunuz. Bu, sizin üçün yaxşı motivasiya oldu?

- Əlavə motivasiyaya ehtiyacımız yoxdur. Biz hər oyuna kifayət qədər motivasiya ilə çıxırıq. Onu da başa düşürük, II mərhələdəki oyunlarımız daha çətin keçəcək. Çünki rəqibimiz daha səviyyəli komandadır. Onu da vurğulayım ki, evdə azarkeşlər önündə qalib gəlmək bizim üçün ikiqat vacib oldu.
 
- Futbolçular üçün əsl motivasiya pul hesab edilir. İddialara görə “Sperantsa” səddini keçdiyiniz üçün 3 min manat mükafat almısınız. Yəqin ki, “Arsenla”la oyunda daha çox pul istəyəcəksiniz...

- Bu, sadəcə, şayiədir.
 
- “Qəbələ”də daha çox driblinqlər edirdiniz. “Neftçi”də isə fərqli çıxış edirsiniz...

- Düz vurğuladınız. “Neftçi” mənim yeni komandamdır. Heyətimizdə Dario və Platellas kimi texnikalı oyunçular var. Hər bir oyunçunun vəzifəsi var. Onu deyə bilərəm ki, driblinqlərim də gələcək. Yavaş-yavaş komandaya uyğunlaşandan sonra oyunumu göstərəcəm. Hazırda kifayət qədər texnikalı oyunçularımız var.
 
- “Qəbələ”dən sizinlə bərabər Rauf Əliyev və Voyislav Stankoviç “Neftçi”yə gəldi. Uyğunlaşmaq bu baxımdan çətin olmayacaq ki?

- Təbii ki, Raufla Voyislavın burada olması mənə kömək edir. Onsuz da komandaya uyğunlaşıram. İki oyuna iki qol vurmuşam. Bunun üçün çox xoşbəxtəm və əminəm ki, ardı da gələcək.(qol)







Avroliqa