22 noyabr 2024. Cümə

Neftçi tarixə düşdü


  • Avroliqa
  • 13:16 19.07.2019
  • Oxunma sayı: 462
Neftçi tarixə düşdü

Dünən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Speranta"ya 6:0 hesabı ilə qalib gələn “Neftçi” futbol tariximizə düşüb.

Corner.az-ın xəbərinə görə, bu uğur sayəsində “ağ-qaralar” bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu olub. Bunadək "Qarabağ" "Samtredia"nı (Gürcüstan), "İnter" (indiki "Keşlə") "Trans Narva"nı (Estoniya) 5:0 yenməyi bacarmışdı. "Neftçi" avrokuboklarda iki oyunun nəticəsinə görə (9:0) rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələnib.

İndiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə  ən böyükhesablı qələbələrini "Qarabağ" "Banqa" (Litva), "İnter" (indiki "Keşlə") "Trans Narva" (Estoniya) üzərində qazanmışdı (7:0).

Əlavə edək ki, iki oyunun nəticəsinə əsasən, "Speranta"ya 9:0 hesabı ilə (3:0 səfərdə, 6:0 evdə) qalib gələn Bakı klubu Avropa Liqasında ikinci mərhələyə də yüksəlib.(qol)







Avroliqa