22 noyabr 2024. Cümə

UEFA Qəbələ'nin oyununa təyinatları açıqladı


  • Avroliqa
  • 14:14 21.07.2019
  • Oxunma sayı: 510
UEFA Qəbələ'nin oyununa təyinatları açıqladı

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə Tbilisi "Dinamo"su arasında keçiriləcək ilk oyuna hakim təyinatları açıqlanıb.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qəbələdə oynanılacaq matç Şotlandiya Futbol Federasiyasından olan referilərə həvalə olunub. Görüşün baş hakimi Nikolas Uolş olacaq. Ona Alan Mulvanni və Cordon Stoko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək.


UEFA nümayəndəsi Hay Hoetals (Belçika), hakim-inspektor isə Mixalis Mitas (Kipr) olacaq.

Qeyd edək ki, iyulun 25-də Qəbələdə keçiriləcək "Qəbələ" - "Dinamo" oyunu yerli vaxtla saat 19:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Tbilisidə olacaq.







Avroliqa